Ofeliya Sənani infarkt keçirdi
Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.
Sitat.info xəbər verir ki, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
O.Sənani artıq evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:
"İnfarkt keçirtdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam".