Naxçıvan əhalisinin sayı açıqlandı

Naxçıvan əhalisinin sayı açıqlandı
SOSİAL 16 İyul 2024 10:56

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb.

Bu barədə Sitat.info Naxçıvan Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 1 iyun 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2675 nəfər və ya 0,6 faiz artaraq 469 460 nəfər olub.