Ukraynada An-26 təyyarəsi qəzaya uğradı

Ukraynada An-26 təyyarəsi qəzaya uğradı
HADİSƏ 22 Aprel 2022 12:26

Ukraynanın Zaporojye vilayətində An-26 təyyarəsi qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasından məlumat verilib.

“Bu gün səhər Zaporojye vilayətinin Volnyansk rayonunda An-26 təyyarəsi qəzaya uğrayıb. Təyyarə texniki reys yerinə yetirirdi. Xəsarət alanlar var”, - məlumatda bildirilib.

/Axar.az