Prezident Qlıboçkonu təltif etdi

Prezident Qlıboçkonu təltif etdi
SİYASƏT 08 İyul 2024 13:50

Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorudur.