Sabahın hava durumu ilə bağlı əhaliyə xəbərdarlıq

Sabahın hava durumu ilə bağlı əhaliyə xəbərdarlıq
Gündəm 06 İyul 2024 21:40

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, iyulun 7-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil.