Ceyhun Musaoğlu vəzifəyə təyin edildi

Ceyhun Musaoğlu vəzifəyə təyin edildi
Gündəm 04 İyul 2024 16:01

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan köhnə adı Azərsu ASC olan hazırkı İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin yeni mətbuat xidmətinin rəhbəri təyin olunub. 

Sitat.info xəbər verir ki, bu vəzifəyə (Vətəndaş müraciətlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri) tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) təyinat alıb. Müvafiq əmr bu gün imzalanıb.

Qeyd edək ki, buna qədər sözügedən şöbəyə Anar Cəbrayıllı rəhbərlik edirdi.