Yüzlərlə millət vəkili Pezeşkiana dəstək verdi

Yüzlərlə millət vəkili Pezeşkiana dəstək verdi
Gündəm 02 İyul 2024 15:55

Müxtəlif vaxtlarda millət vəkili olmuş 702 nəfər (onların arasında hazırda da millət vəkili olanlar var) Məsud Pezeşkianın prezidentliyə namizədliyini dəstəklədiklərini bildirən bəyanat yayıb.

Sitat.info xəbər verir ki, bu barədə parlament nümayəndələrinin Siyasət Quruculuğu Şurasının rəhbəri Əbdülrza Əzizi məlumat yayıb.

O, daha bir neçə yüz sabiq və hazırkı millət vəkilinin dəstək bəyanatını imzalamağa hazırlaşdıqlarını bildirib.