Vahid Ələkbərov "Lukoyl"un prezidentliyindən istefa verdi

Vahid Ələkbərov \"Lukoyl\"un prezidentliyindən istefa verdi
SİYASƏT 21 Aprel 2022 15:25

Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov tutduğu vəzifəni tərk etmək, həmçinin Direktorlar Şurasından istefa vermək qərarına gəlib.

SİTAT.İNFO xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Məlumatda deyilir ki, bu gün şirkətin Direktorlar Şurasının sədrinə müvafiq istefa ərizələri göndərilib. 

Şirkətdən bildirilib ki, Ələkbərov artıq nəzarət paketinin sahibi deyil, o, səhmlərin cəmi 3,12%-nə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43%-nə sahibdir.