Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi
Gündəm 29 İyun 2024 17:40

Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edilib ki, seçkilərin yekunlaşması və nəticələrin elan edilməsi prosesi ən geci sentyabrın 22-də başa çatdırılacaq.