Gürcüstan, Moldova və Serbiyadan Ukrayna qarşı qərar

Gürcüstan, Moldova və Serbiyadan Ukrayna qarşı qərar
Gündəm 28 İyun 2024 17:00

Gürcüstan, Moldova və Serbiya (AB-yə namizəd ölkələr) Rusiya Federasiyasının dondurulmuş aktivlərindən gəlirlərin Kiyevə köçürülməsi qərarına qoşulmayıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell deyib.

Bunun nəticəsində AB sammiti Rusiyanın aktivlərindən əldə edilən gəlirdən istifadə edərək G7-nin Ukraynaya 50 milyard dollar kredit ayırması mexanizmi ilə bağlı razılığa gələ bilməyib.