Tərtərdə su kanalında qadın meyiti tapılıb

Tərtərdə su kanalında qadın meyiti tapılıb
HADİSƏ 27 İyun 2024 13:46

Tərtərdə su kanalından qadın meyiti tapılıb.

Sitat.info Report-a istinadən xəbər verir ki, qadının meyiti Tərtər rayonu Səhləbad kəndi ərazisindən keçən beton kanalda aşkar edilib.

Onun 1987-ci il təvəllüdlü Vəsilə Zahid qızı Əliyeva olduğu məlum olub.

Tərtər rayon prokurorluğu hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Qeyd edək ki, həmin şəxs Bərdə rayon sakinidir. O, bir müddət öncə ailə quraraq məcburi köçkünlərin məskunlaşdığı Ağdərə rayonunun Şıxarx qəsəbəsinə köçüb.