MİQ imtahanlarının vaxtı açıqlandı

MİQ imtahanlarının vaxtı açıqlandı
TƏHSİL 26 İyun 2024 11:54

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Sitat.info-ya Təhsil İnstitutundan məlumat verilib.

Qeyd edilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.