Şimali Koreya Yaponiya dənizinə doğru raket buraxdı

Şimali Koreya Yaponiya dənizinə doğru raket buraxdı
Dünya 26 İyun 2024 09:17

Şimali Koreya Yaponiya dənizinə doğru naməlum ballistik raket atıb.

Sitat.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə (CHS) istinadən məlumat yayıb.

Raket buraxılışı ilə bağlı təfərrüatlı məlumat verilməyib.