Abşeronda 22 yaşlı gənc faciəvi şəkildə öldü

Abşeronda 22 yaşlı gənc faciəvi şəkildə öldü
Gündəm 20 İyun 2024 15:56

Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı gənci elektrik cərəyanı vurub. 

Sitat.info Report-a istinadən xəbər verir ki, Astara rayon sakini Elmir Ramik oğlu Salmanzadə həyətyanı sahədə işləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Baş Prokurorluq faktı təsdiqləyib, araşdırma aparıldığı bildirilib.