Meşə yanğınları: Çanaqqala boğazı qismən bağlandı

Meşə yanğınları: Çanaqqala boğazı qismən bağlandı
Gündəm 19 İyun 2024 18:40

Çanaqqala boğazı meşə yanğınları səbəbindən gəmilərin hərəkətinə qismən bağlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

“Davam edən meşə yanğını səbəbilə Çanaqqala boğazından şimal-cənub istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti cənubdan şimala doğru davam edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Çanaqqalada meşə yanğınları iyunun 18-dən başlayıb. Məlumata görə, hətta ərazidəki bir kəndin əhalisi təxliyə edilib.

Yanğının söndürülməsinə 9 təyyarə, 6 helikopter, 94 texnika, o cümlədən 540 canlı qüvvə cəlb olunub.