Sərxan Kamallı vəfat etdi

Sərxan Kamallı vəfat etdi
Gündəm 17 İyun 2024 09:40

Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə tanınmış jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.