Hava hücumu: Kazan aeroportu bağlandı

Hava hücumu: Kazan aeroportu bağlandı
Dünya 10 İyun 2024 11:13

Kazan aeroportu bu gün səhər saatlarından etibarən təyyarələrin qəbulunu və uçuşunu dayandırıb.

Sitat.info xəbər verir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün iyunun 10-da səhər saatlarında Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub”, - məlumatda bildirilib.

Rusiyanın “Baza” teleqram kanalı isə bildirir ki, aeroportun bağlanmasına səbəb Ukraynanın hava hücumu olub.