Bu zavod 6 milyona satışa çıxarıldı

Bu zavod 6 milyona satışa çıxarıldı
Gündəm 03 İyun 2024 19:15

Fəaliyyətini dayandıran Gəncə Kərpic Zavodu satışa çıxarılıb.

Sitat.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, zavod 6 milyon manata satılır.

Qapalı hissəsi 5 hektar əraziyə malik olan zavodun həyətyanı sahəsi ümumilikdə 55 hektardır.

2008-ci ildən fəaliyyətə başlayan zavod qərb bölgəsini kərpiclə təmin edib. Lakin koronavirus pandemiyası dövründə zavod fəaliyyətini dayandırıb.