Universitetlərdə yaz imtahan sessiyası başladı

Universitetlərdə yaz imtahan sessiyası başladı
TƏHSİL 03 İyun 2024 12:06

Bu gün - iyunun 3-də Azərbaycandakı ali məktəblərdə yaz imtahan sessiyası başlayıb.

Sitat.info xəbər verir ki, universitetlərdə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2024-cü il 24 may tarixli əmrinə əsasən, müvafiq hazırlıq işləri görülüb.

Əksər universitetlərdə yaz imtahan sessiyasının 2024-cü ilin iyun ayının 3-dən başlayaraq 5-6 həftə ərzində keçirilməsinəzərdə tutulub.