Rusiya 2 ölkənin diplomatlarını ölkədən çıxarır

Rusiya 2 ölkənin diplomatlarını ölkədən çıxarır
SİYASƏT 19 Aprel 2022 17:31

Rusiya Xarici İşlər Nazirliyi Hollandiyanın Moskvadakı səfirliyinin 14 əməkdaşının və Sankt-Peterburqdakı Baş Konsulluğun işçilərinin ölkədən çıxarıldığını açıqlayıb. 

"Unikalxəbər verir ki, nazirliyin məlumatına görə, onlar iki həftə ərzində ölkəni tərk etməlidirlər. Bir neçə Belçika diplomatı da arzuolunmaz elan edilib, onlar mayın 3-dək Rusiyadan çıxmalıdır. Deportasiya edilənlərin dəqiq sayı hələlik məlum deyil.

Martın 29-da Belçika 21 rus diplomatını ölkədən çıxarıb. Hollandiya həmin gün 17 rus diplomatını persona non qrata elan edib. Diplomatların qovulması Rusiya və Ukrayna arasında hərbi münaqişənin inkişafına cavab kimi qiymətləndirilir.