Türkiyənin ilk astronavtı qəzaya düşdü

Türkiyənin ilk astronavtı qəzaya düşdü
Gündəm 31 May 2024 18:10

Türkiyənin ilk astronavtı Alpər Gezeravcı Kocaeli şəhərində avtomobil qəzasına düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb..

Məlumata görə, Gezeravcının da içərisində olduğu avtomobil İstanbul istiqamətində hərəkətdə olarkən sərnişin avtobusu ilə toqquşub.

Hadisə zamanı Gezeravcı və daha 2 nəfər yüngül xəsarətlər alıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.

//Axar.az