Bu gün Konfrans Liqasının qalibi bəlli olacaq

Bu gün Konfrans Liqasının qalibi bəlli olacaq
İdman 29 May 2024 09:34

Bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşəcək.

Sitat.info xəbər verir ki, final matçında Yunanıstanın "Olimpiakos" və İtaliyanın "Fiorentina" klubları üz-üzə gələcəklər.

Afinadakı "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü portuqaliyalı Artur Diaşın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.