Azərbaycanın sabiq müdafiə naziri vəfat edib

Azərbaycanın sabiq müdafiə naziri vəfat edib
Gündəm 28 May 2024 10:30

Azərbaycan Respublikasının sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev vəfat edib.

Sitat.info xəbər verir ki, sabiq müdafiə naziri uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, D.Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunda doğulub. 1993-cü ildə cəmi 4 ay Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində işləyib. 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.