Belarus və Rusiya birgə hərbi təlim keçirəcək

Belarus və Rusiya birgə hərbi təlim keçirəcək
Gündəm 27 May 2024 18:25

Belarus və Rusiya hərbçiləri birgə təlim keçirəcək.

Sitat.info xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərdə müxtəlif aviasiya qüvvələrinin idarə olunması, onların döyüş tapşırıqlarını yerinə yetirərkən qarşılıqlı fəaliyyətin təşkili məsələləri işlənəcək.

Təlimlərin mayın 27-dən 31-dək keçiriləcəyi qeyd olunub.