Belçika Azərbaycana yeni səfir təyin etdi

Belçika Azərbaycana yeni səfir təyin etdi
SİYASƏT 27 May 2024 13:46

Jyulen de Frepon Belçikanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Sitat.info xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, o, hazırda xarici işlər nazirinin Avropa məsələləri və xarici ticarət üzrə müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Belçikanın Azərbaycandakı hazırkı səfiri Mişel Pitersmans diplomatik missiyasını bu ilin yayında başa vuracaq.