Azərbaycanda 3 hərbi kollec yaradıldı

Azərbaycanda 3 hərbi kollec yaradıldı
Gündəm 23 May 2024 17:40

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.

Sitat.info xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.