İranda qəzada ölən valinin yerinə yenisi təyin olundu

İranda qəzada ölən valinin yerinə yenisi təyin olundu
Dünya 20 May 2024 19:25

Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhmətinin helikopter qəzasında ölməsindən sonra Turab Məhəmmədi əyalətin yeni valisi təyin olunub.

Sitat.info xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yeni təyinat barədə daxili işlər naziri Əhməd Vahidinin mayın 20-də Təbrizə gəlişindən sonra keçirilən iclasda qərar verilib.

Turab Məhəmmədi bundan əvvəl keçmiş vali Malik Rəhmətinin siyasi məsələlər üzrə müavini olub.