Keniyada ölənlərin sayı 280-ni keçdi

Keniyada ölənlərin sayı 280-ni keçdi
Gündəm 14 May 2024 20:54

Keniyada daşqınlar səbəbindən 289 insan həyatını itirib.

Sitat.info xəbər verir ki, Hökumət sözçüsü İsaak Mvaura deyib.

Sözçü, əlverişsiz hava şəraitinin təxminən 411 min adama təsir etdiyini və 56 min ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Məlumata əsasən, bu say arta bilər. Sel suları çəkildikcə yeni insan cəsədləri üzə çıxır.

Türkan

Sitat.info