Millimizin baş məşqçisi bu tarixdə müəyyən olunacaq

Millimizin baş məşqçisi bu tarixdə müəyyən olunacaq
İdman 14 May 2024 16:55

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin müəyyənləşəcəyi tarix bəlli olub.

Sitat.info xəbər verir ki, bu barədə Reporta AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov məlumat verib.

Onun sözlərinə görə, yığmada baş məşqçi məsələsi iyunun əvvəlində dəqiqləşəcək.

"Həmin vaxt iclasımız gerçəkləşəcək. Toplantıda hər şeyə aydınlıq gələcək", - deyə Səməd Qurbanov vurğulayıb.

Qeyd edək ki, italiyalı baş məşqçi Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.