Həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Həqiqi hərbi xidmətə çağırışla bağlı qərar
Gündəm 14 May 2024 12:10

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Komissiyanın üzvləri sırasına “xarici işlər nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini" əlavə edilib.