“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artırdı

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artırdı
SOSİAL 13 May 2024 15:20

Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Тrendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib.

Sitat.info xəbər verir ki, şirkət qiymətləri 2.5 dəfə artırıb.

Dünənə kimi 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti bu gündən 199.99 TL (10.63 azn) hesablanacaq.