Xocalıda yenə insan sümükləri tapıldı

Xocalıda yenə insan sümükləri tapıldı
Gündəm 09 May 2024 16:00

Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkar edilib.

Bu barədə Sitat.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də kənddə həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, aprel ayında Malıbəyli kəndi ərazisində həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində səkkiz nəfərə aid sümük fraqmentləri tapılıb.