Olimpiya məşəlini Zidan yandıracaq

Olimpiya məşəlini Zidan yandıracaq
Gündəm 08 May 2024 18:50

Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq.

Sitat.info xəbər verir ki, olimpiya məşəlini daşıyan gəmi axşam limana yan alacaq və məşəl quruya ötürüləcək.

Fransada olimpiya məşəli estafetinin ilk iştirakçısı üzgüçü Floren Manaudu olacaq. Daha sonra bunu adı açıqlanmayan növbəti iştirakçıya ötürəcək. Üçüncü məşəlçi isə Zinəddin Zidan olacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.