25 may “Ümumdünya Futbol Günü” elan edilib

25 may “Ümumdünya Futbol Günü” elan edilib
Gündəm 08 May 2024 11:25

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası qəbul etdiyi qətnamə layihəsi ilə mayın 25-nin “Ümumdünya Futbol Günü” kimi qeyd ediləcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, BMT Baş Assambleyasında keçirilən sessiyada bəzi digər idman növləri kimi futbolun da dünya sülhü və inkişafına verdiyi töhfəyə görə xüsusi bir günlə qeyd edilməli olduğu vurğulanıb.

160-dan çox ölkənin sponsorluğu ilə Baş Assambleyaya təqdim edilən və 25 Mayın “Dünya Futbol Günü” kimi qeyd olunmasını təklif edən qanun layihəsi yekdilliklə qəbul edilib.

Kənan Yusif 

Sitat.info