Bosfor boğazında gəmi saya oturub

Bosfor boğazında gəmi saya oturub
Dünya 07 May 2024 10:24

Ukraynadan Misirə yollanan “Alexis” yük gəmisi Bosfor boğazında saya oturub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Departamenti məlumat yayıb.

Bildirilib ki, nəticədə hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb: “229 metrlik gəmi Haydarpaşa yaxınlığında mühərrik nasazlığı səbəbindən saya oturub”.