AB Azərbaycana əlavə 2 milyon ayırır

AB Azərbaycana əlavə 2 milyon ayırır
Gündəm 03 May 2024 12:16

Avropa Birliyi (AB) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 2 milyon avro ayırmağı planlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman Bakıda keçirilən "Avropa komandasının mina əleyhinə təşəbbüsü" adlı tədbirdə deyib.