798-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

18:28 1 May 2024

Rusiya müharibənin 798-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 593 təyyarəsi, 270 helikopteri, 23 648 PUA-sı, 509 zenit-raket kompleksi, 15 891 tank və digər zirehli texnikası, 1 275 reaktiv yaylım atəş sistemi, 9 230 artilleriya və minaatanı, 21 413 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti