Laçın və Zabuxa növbəti köç karvanı yola düşüb
Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.
Sitat.info xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür.
Bununla ümumilikdə Laçın şəhərinə 1838 nəfər (493 ailə) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 823 nəfərə (217 ailə) çatıb.