ABŞ-da prezidentliyə namizəd həbs edildi
ABŞ prezident seçkilərinə Yaşıllar Partiyasının namizədi kimi qatılan Jill Steyn şənbə günü Fələstinə dəstək nümayişi keçirən tələbələrlə həmrəylik nümayiş etdirərkən Vaşinqton Universitetində əlləri qandallanaraq saxlanılıb.
Bir çox akademikin saxlanmasından sonra ABŞ-da prezident seçkilərinə Yaşıllar Partiyasının namizədi kimi qatılan Cil Steyn əlləri qandallanaraq nəzarətə götürülüb.
Sosial mediada paylaşılan videoda Steynin əli qandallı şəkildə polislər tərəfindən aparıldığı görünür.
Universitet rəsmiləri şənbə günü bildiriblər ki, tələbələr, işçilər və digərləri "kampuslara yürüş etdikdən, çadırlar qurduqdan və dayanmaq planlarının olmadığını bildirdikdən" sonra 80-dən çox adam həbs edilib.
Qeyd edək ki, Stein saxlanmadan əvvəl verdiyi ifadədə bunları deyib: “Biz burada demokratiya, insan haqları, soyqırıma son qoymaq üçün ayağa qalxan tələbələrlə eyni tərəfdə olacağıq” .
Nərgiz,
Sitat.info