Çin XİN casusluq iddialarını yalanlayıb

Çin XİN casusluq iddialarını yalanlayıb
Dünya 23 Aprel 2024 23:15

Çinin Almaniyada casusluq fəaliyyəti ilə bağlı bəyanatlar yalandır.

Sitat.info xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

"Bu cür şayiələrin məqsədi tamamilə bəllidir. Bunlar Çini gözdən salmaq, Avropayla əməkdaşlıq atmosferini məhv etməkdir. Çin ümid edir ki, Almaniyadakı müvafiq şəxslər Soyuq Müharibə zehniyyətini rədd edəcək, anti-Çin siyasi manipulyasiya və şər-böhtanı dayandıracaq", - deyə o bildirib.

Türkan 

Sitat.info