XİN Malayziyaya başsağlığı verdi

XİN Malayziyaya başsağlığı verdi
SİYASƏT 23 Aprel 2024 14:43

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşların həlak olması ilə əlaqədar bu ölkəyə başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Malayziya Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması xəbərindən dərindən kədərlənərək, bu dəhşətli faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.