Rusiyanın səkkiz bölgəsinə PUA hücumu edildi

Rusiyanın səkkiz bölgəsinə PUA hücumu edildi
Dünya 20 Aprel 2024 11:58

Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum həyata keçirilib.

Sitat.info xəbər verir ki, hücumda istifadə olunan PUA-ların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Məlumata görə, hücum nəticəsində Smolensk vilayətində 2 elektrik yarımstansiyası və neft emalı zavodu zədələnib.