“Bavariya” Zidana tapşırıla bilər

“Bavariya” Zidana tapşırıla bilər
Gündəm 19 Aprel 2024 16:50

Fransalı mütəxəssis Zinəddin Zidan Almaniyanın “Bavariya” klubunun yeni baş məşqçisi ola bilər.

Sitat.info xəbər verir ki, məlumatı “Mundo Deportivo” yayıb.

İddia olunub ki, “Real”ın sabiq baş məşqçisi 2024/2025 mövsümündən etibarən yeni komandasına rəhbərlik edəcək.

Müqavilə şərtlərində müəyyən çatışmazlıqlar olduğu üçün rəsmi anlaşma hələ ki, imzalanmayıb.

Qeyd edək ki, “Bavariya”nın hazırkı çalışdırıcısı Tomas Tuxel mövsümün sonunda klubdan ayrılacaq.