Millimizin üzvü Macarıstan çempionu oldu

Millimizin üzvü Macarıstan çempionu oldu
İdman 18 Aprel 2024 14:07

Qadın voleybolçulardan ibarət millimizin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

Sitat.info xəbər verir ki, təcrübəli blokçumuzun komandası “Vasas” finaldakı rəqibi “KNRC” klubunu hər üç oyunda məğlub edib və qızıl medallara sahib çıxıb. Ayşən komandasına çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 ace) qazanıb.

Qeyd edək ki, Ayşən bu il həm də Macarıstan kubokunun qalibi olub.