Müəllimlər bu tarixdə sertifikatlaşdırılacaq

Müəllimlər bu tarixdə sertifikatlaşdırılacaq
SOSİAL 18 Aprel 2024 13:19

Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.

O bildirib ki, sertifikatlaşdırma iyunun 24-də keçiriləcək.

"Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq" - E.Bağırov deyib.