Slovakiya Ukraynanın NATO üzvlüyünə qarşı çıxacaq
Slovakiya Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmasının əleyhinə olacaq.
Sitat.info xəbər verir ki, bu sözləri ölkənin baş naziri Robert Fiko mətbuat konfransında deyib.
“Ukrayna NATO-ya daxil olmaq istəyə bilər. Bu, onların öz qərarıdır. Ancaq biz parlamentdə onların əleyhinə olacağıq. Çünki Slovakiyanın neytral Ukraynaya ehtiyacı var, əgər Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları təhlükə altına düşəcək”, deyə baş nazir bildirib.
Robert Fiko həmçinin qeyd edib ki, Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.
Türkan
Sitat.info