"Moskva" batdı, "Neptun"un zavoduna raket zərbəsi endirildi

\"Moskva\" batdı, \"Neptun\"un zavoduna raket zərbəsi endirildi
HADİSƏ 16 Aprel 2022 00:16

Rusiya “Neptun” gəmi əleyhinə raketlər üçün komponentlər istehsal edən Julyanski Maşınqayırma Zavodu Vizar Dövlət Müəssisəsinin sexlərinə raket hücumu edib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Ukroboronprom” da rəsmən təsdiqlənib.

“Rusiya aprelin 15-də saat 01:30 radələrində Ukrayna tərəfindən Qara dənizdə "Moskva" freqat-kreyserinin batması xəbərindən sonra raket hücumu həyata keçirib”, - məlumatda qeyd olunub.