Tokayevdən Bakı və İrəvana təklif

Tokayevdən Bakı və İrəvana təklif
SİYASƏT 15 Aprel 2024 14:58

Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır.

Sitat.info xəbər verir ki, bunu İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə brifinqdə deyib.

“Qazaxıstan mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”, - Tokayev bildirib.