Xarkovun bərpası üçün nəzərdə tutulan pul oğurlandı

Xarkovun bərpası üçün nəzərdə tutulan pul oğurlandı
Dünya 11 Aprel 2024 17:00

Ukrayna hüquq-mühafizə orqanları Xarkov şəhərinin bərpası üçün ayrılmış 4 milyon dollardan çox pulu ələ keçirmiş cinayətkar qrupun ifşa edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu məlumat yayıb.

Qeyd edək ki, bu məbləğin 564,7 min dolları Dünya Bankı tərəfindən verilib.