Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı
Gündəm 10 Aprel 2024 09:13

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.

Sitat.info xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.

Bundan başqa, saat 09:00-da Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində də bayram namazı qılınıb.

Namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.